Bakıda bank kartını oğurlayan şəxs saxlanılıb. Bu haqda 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qaradağ rayonunda yanvarın 6-da A.Çobanova məxsus bank kartı oğurlanıb və kartdan 1083 manat çıxarılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini M.Hümbətov saxlanılıb.
Saxlanılan zaman Hümbətovun üzərində heroin aşkar edilib. Faktla bağlı araşdırma davam edir.