Qaradağ rayonunda evdən oğurluq edilib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov rayonun Ələt qəsəbəsində yerləşən evlərin birindən 5500 AZN-lik qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırmaya başlanılıb.