Bakıda evdən qızıl oğurlayan şəxs saxlanılıb. Bu haqda 14 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Yanvarın 5-də Qaradağ rayon ərazisində evlərin birindən 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Soltanov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.