Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində şagird müəllimi tərəfindən döyülüb. Bu haqda bu gün, 28 fevral tarixində Qafqazinfo məlumat verib.
Şagirdin valideyninin iddialarına görə, 273 saylı məktəbdə təhsil alan 15 yaşlı oğlan xanım müəllim tərəfindən zorakılığa məruz qalıb.
Hadisə ilə bağlı valideynlər polisə müraciət ediblər. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.