Bakı şəhərinin Qaradağ rayonunda mənzildən bağlı qapı arxasında meyit tapılıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Meyit mənzildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.