Bakıda minik avtomobili yanıb. Bu haqda 25 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qaradağ rayonunda "QAZ" markalı minik avtomobilində yanğın baş verib. Nəqliyyat vasitəsinin salonu yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.