Bakıda tikinti materialları mağazasından oğurluq edən şəxslər saxlanılıb. Bu haqda 24 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonunda iyunun 22-də tikinti materiallarının satış mərkəzindəki anbarların birindən 2000 manat dəyərində elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Tərtər rayon sakini X.Məmmədov və İmişli rayon sakini Z.Bayramov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.