Paytaxtın Qaradağ rayonunda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə 85 mm-lik döyüşə yararlı top mərmisi aşkar edilib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hərbi sursat götürülərək ərazidən uzaqlaşdırılıb.
Daha sonra ətraf ərazilərə baxış keçirilib və hər hası təhlükəli əşya aşkar edilməyib.