Paytaxtın Qaradağ rayonunda yerləşən gözətçi köşkündə yanğın baş verib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyalı gözətçi köşkü tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.