Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonda yerləşən beşmərtəbəli binanın zirzəmisində baş verib. Nəticədə 8 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təxliyə olunub. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.