Suraxanı rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 25 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qaraxuçur qəsəbəsində aprelin 23-də gecə saatlarında H.Hətəmliyə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.İsmayılov qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.