Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Apa məlumat verib.
Hadisə Qaradağ rayonunda yerləşən “Qobu park” ərazisində qeydə alınıb. 47 yaşlı Bəhruz Həşimov yaşadığı binanın blokunda bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.