Qaradağda uşaqların gözü qarşısında itləri güllələyiblər. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Qobu qəsəbəsində baş verib. Sakinlərin sözlərinə görə, bir neçə şəxs günorta saatlarında uşaqların gözü qarşısında sahibsiz itləri güllələyib.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, itləri güllələyən şəxs saxlanılıb. Onun üzərində 1 ədəd od tüfənginin olduğu məlum olub.