Ömürlük cəza çəkən Zahidi Kəhriz Abbasov kamera yoldaşını döyərək öldürüb. Bu haqda bu gün, 13 aprel tarixində APA məlumat verib.
Hadisə mübahisə zəminində baş verib. 29 il həbsdə olan Abbasov eyni kamerada saxlanılan ömürlük məhbus Oleq Abişevə ağır bədən xəsarətləri yetirib. Abişev bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.
Abbasova qarşı “xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazov tərəfindən araşdırılır.
Abbasov 20 yaşında Rusiyada qətl törədib və ömürlük cəzaya məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb.
Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinib və ömürlük cəzaya məhkum olunub.