Bakının Xətai rayonu, "Radiozavod" adlanan ərazisində tanınmış şəbəkəyə məxsus yeni açılan marketdə izdiham müşahidə olunub. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az məlumat verir.
Mağazada çəkilən görüntülər müzakirələrə səbəb olub. Bildirilir ki, izdihama ucuz toyuq filesi səbəb olub. Toyuq ətinin 5 manata satıldığını eşidən sakinlər ora gedib və dərhal qarışıqlıq salıblar.
Videodan görünür ki, marketin mühafizə xidməti insanların qarşısını ala bilmir.