Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
İmişli rayon sakini N.Əliyev qəsəbə ərazisində Bərdə rayon sakini G.Qasımovanın pul kisəsini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.