Nəsimi rayonunda narkokuryerlər tutulublar. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Oqtay Nağızadə və Sabirabad rayon sakini Rəşad Vəliyev saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqram heroin aşkar edilib. Şübhəli şəxslər narkotikləri İsa adlı İran vətəndaşından aldıqlarını və paytaxt ərazisində yaydıqlarını bildiriblər.
Faktla bağlı araşdırmalar davam edir.