Gürcüstandan Avropaya narkotik göndərmək istəyən dəstə üzvləri saxlanılıblar. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində 3 nəfər tutulub, ümumilikdə 67 kiloqram heroin və metamfetamin aşkar edilib.
Onlar İran vətəndaşından aldıqları narkotik maddələri Bakı şəhəri ərazisində yaymaq, eləcə də Gürcüstana keçirərək Avropaya yollamaq niyyətində olublar.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_90294" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]