Bakı sakinləri İranla sərhəddə narkotiklə tutulublar. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı 99-PU-326 nömrəli nəqliyyat vasitəsi yoxlama məqsədilə saxlanılıb. Yoxlama zamanı avtomobildə 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin aşkar edilib.
Şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Ələkbərov, Əlixan Qurbanov və Yəhya Qurbanov tutulublar.
Onlar barəsində araşdırmaya başlanılıb.