Bakının Səbail rayonunda birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan mətbəxin plastikdən ibarət qapısı, pəncərəsi və tavanı əriyib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.