Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 2 noyabr tarixində avtosfer.az xəbər verib.
Səbail rayonu ərazisində avtomobildən 1950 manat və 200 dollar olan çanta oğurlanıb. Polisin axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.