Bakıda 4 yanvar tarixində yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Səbail rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yanğın olub. Ümumi sahəsi 90 kv.m. olan mənzildə mətbəx mebeli 8 p.m yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.