Ötən gecə Bakıda 4 avtomobil zəncirvari qəzaya uğrayıb. Bu haqda APA xəbər verib.
Səbail rayonu, Zərifə Əliyeva küçəsində hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil tormozlama edib, bu zaman eyni istiqamətdə yüksək sürətlə gələn digər “BMW”, “Hyundai” və “Mercedes” markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb. Qəza nəticəsində “Hyundai” avtomobilində olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.