Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 9 aprel tarixində xəbər verir.
Paytaxtın Səbail rayonu, Azadlıq prospektində M.Hetenyi idarə etdiyi “Kia Sportage” markalı avtomobillə yolu keçən paytaxt sakini Ofelya Əliyevanı vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.