Bakının Səbail rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Bibiheybət məscidinin qarşısında avtomobil dəmir arakəsməyə çarpılıb. Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Qəza nəticəsində şəhər istiqamətində sıxlıq yaranıb. Hazırda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə polis əməkdaşları cəlb olunublar.