Bakı sakinindən 3 kq narkotik götürülüb. Bu haqda 25 iyun tarixində APA məlumat verib.
Səbail rayonunda polis tərəfindən Bakı şəhər sakini N.Əhmədzadə saxlanılıb. Onun üzərində 5 qramdan artıq heroin və evindən 3 kiloqram 34 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.