Bakının Səbail rayonu, Ə.Cavad küçəsindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə 10 may tarixində baş verib. Səbail RPİ-nin 9-cu Polis Bölməsinə verilən məlumata görə, ərazidə yerləşən mağazadan 5 mobil telefon və 2 ədəd qulaqcıq oğurlanıb.
Axtarış-əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.