Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda 8 aprel tarixində Report məlumat verib.
Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər Qurbanov saxlanılıb. Onun üzərində heroin, tiryək, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub. O, ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.