Paytaxtın Səbail rayonunda “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsindən oğurluq edilib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mehdi Mehdiyev, idarənin mədən sahəsindən 15 ədəd “ştanqa” və 10 ədəd diametri 73 mm olan metal boruları oğurlamağa cəhd edib. O, əşyaları avtomobilinə yükləyən zaman mühafizəçilər tərəfindən tutulub.
Onun yaşadığı evdən isə 61 ədəd "ştanqa", 1 ədəd quyu nasosu yığıldığı aşkarlanıb.
Araşdırmalar davam edir.
[caption id="attachment_31820" align="alignnone" width="968"]
Foto Report.az saytından[/caption]