Bakının Səbail rayonu sakininin bank kartı hesabından 600 manat oğurlanıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Naftalan şəhər sakini Elçin Ələkbərov və Laçın rayon sakini Araz Əliyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.