Səbail rayonunda oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
İmişli rayon sakini Emin Ağayev adıçəkilən rayon ərazisində Cəbrayıl rayon sakini O. Allahverdiyevin içərisində mobil telefon, pulqabı və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.