Bakının Səbail rayonu ərazisində qadından soyğunçuluq yolu ilə içərisində pul, sənəd və bank kartı olan çantası talanıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə aprelin 2-də baş verib. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən paytaxt sakini Ozal İbrahimli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.