28 oktyabr səhər saatlarında Bakıda yol qəzası baş verib. Hadisə Nizami rayonunda qeydə alınıb. Bu haqda Report xəbər verib.
“Azsamand” markalı avtomobilin “Kia” markalı avtomobillə Mikayıl Əliyev küçəsində toqquşması nəticəsində hər iki sürücü ağır xəsarətlər alıb. Sürücülərin şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə yerinə Dövlət Yol Polisi və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisə “Azsamand” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən olub.
Faktla bağlı araşdırma aparılır.