Bakının Qaradağ rayonunda qonşu qonşunu bıçaqlayıb. Bu haqda 21 iyul tarixində APA məlumat verib.
Səngəçal qəsəbəsində 34 yaşlı Faiq Qasımov qapısını döyən qonşusuna irad bildirib. Qonşuluğunda yaşayan şəxs onun qapısını səhvən döydüyünü bildirib. Lakin Qasımov ona qarşı irad bildirməyə davam edib, qonşu isə irada əsəbləşərək iki bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.