Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli ev 80 kv.m sahədə, evin dam örtüyü isə tamamilə kül olub. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.