Paytaxtın Sabunçu rayonunda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əməliyyatlar cari ilin mart ayı ərzində rayonun Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə aparılıb. Nəticədə 50 nəfər saxlanılıb, ümumilikdə 9 kiloqrama yaxın heroin, marixuana və metamfetamin dövriyyədən çıxarılıb.
Araşdırmalar davam edir.
Bu il ərzində Sabunçu rayonu ərazisində ümumilikdə 30 kiloqram müxtəlif narkotik vasitələr aşkarlanıb.