Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi meyiti tapılıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən qəsəbənin Daş karxanası küçəsində kişi meyiti aşkarlanıb. Cəsədin 58 yaşlı Böyükağa Əzizova məxsus olduğu müəyyən edilib. Ölümün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.