Bakının Sabunçu rayonunda mənzildə qapı arxasında qalan uşaq xilas edilib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
6 yaşlı uşaq evdə bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq uşağı xilas ediblər.