Paytaxtın Sabunçu rayonunda avtoqəzada adam ölüb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Famil Səmədov “Kia” markalı avtomobillə yolu keçən həmyerlisi Elyaz İsmayılovu vuraraq hadisə yerindən uzaqlaşıb. Piyada yerində dünyasını dəyişib.
Sürücü saxlanılıb. Onun barəsində araşdırmaya başlanılıb.