Bakının Sabunçu rayonunda minik avtomobili alışıb. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Mercedes” markalı avtomobilin mühərrik hissəsi yanıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Avtomobilin digər hissələrinə ziyan dəyməyib. Xəsarət alan olmayıb.