Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çarpılıb. Nəticədə 25 yaşlı Elxan Əliyev hadisə yerində dünyasını dəyişib, 24 yaşlı Nurlan Çobanov və eyni yaşda olan Ceyhun Abbasov müxtəlif bədən xəsarətləri alıblar.
Təfərrüatlar araşdırılır.
[caption id="attachment_97535" align="alignnone" width="640"]
Foto Report.az[/caption]