Paytaxtın Sabunçu rayonunda 5 otaqlı evdə yanğın baş verib. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 130 kv.m olan birmərtəbəli evin tavanı 10 kv.m, həyətdəki karton qutular 60 kv.m sahədə, eləcə də “Муравей” markalı motosiklet tamamilə yanıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.