Bakının Sabunçu rayonunda yanğın baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.