Paytaxtın Sabunçu rayonunda evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri - Ə.Quliyev və əvvəllər məhkum olunmuş E.Quliyev adıçəkilən rayon ərazisində yerləşən evlərin birindən 2400 AZN oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.