Paytaxtın Sabunçu rayonunda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Belə ki, adıçəkilən rayonda döyüş tətbiqinə yararlı 1 ədəd F1- əl qumbarası, 1 ədəd UZRQM-2 partladıcısı və 123 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar və hərbi sursat ərazidən uzaqlaşdırılıb.