Paytaxtın Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Maştağa qəsəbəsində baş verib. 59 yaşlı Firudin Rzayev yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.