Paytaxtın Sabunçu rayonunda əl qumbaraları tapılıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda döyüşə yararlı 1 ədəd “F-1” və 1 ədəd “M-26” əl qumbaraları aşkar edilib. Hadisə yerinə gələn FHN-in əməkdaşları sursatları ərazidən uzaqlaşdırıb, daha sonra sahəyə yenidən baxış keçiriblər.