Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobili narkotik vasitənin təsiri altında sürən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Aprelin 18-də saat 09:00 radələrində qəsəbə ərazisində “VAZ-21074” markalı avtomobil əks istiqamətdə hərəkət etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin sürücüsü, İsmayıllı rayon sakini İsrəfil Alızadənin avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. Hadisə ilə bağlı protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Həmçinin, ötən gün, Maştağa qəsəbəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılan “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Cavid Əliyevin nəqliyyat vasitəsini sənədsiz və narkotik təsiri altında idarə etdiyi məlum olub.