Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
“Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın səkiyə çıxaraq aşıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.
[video width="480" height="640" mp4="https://bakuplus.az/storage/photos/2023/08/img_7143.mp4"][/video]