Paytaxtın Sabunçu rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Bakıxanov qəsəbəsində baş verib. Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Əliyev adıçəkilən qəsəbə ərazisində yerləşən 4 evdən kombi, radiator, qaynaq aparatı, təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.